• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lisenziya alan platforma operatorları və lisenziyası ləğv edilənlər - SİYAHI

CƏMİYYƏT

21 Noyabr 2023 | 14:33

Lisenziya alan platforma operatorları və lisenziyası ləğv edilənlər - SİYAHI

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub. 

Bakıvaxtı.az xəbər verir ki, Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Şuranın müvafiq qərarları ilə "Sweet TV Group AZ" MMC-yə (operatorun xidmət adı: "Sweet TV") və "Konnekt" QSC-yə (operatorun xidmət adı: "NNTV") universal platforma operatoru lisenziyaları, "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") sifarişli yayım xidməti provayderi lisenziyası, "Şou Plus Media" MMC-yə (televiziya redaksiyasının adı: "Show Plus TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən "Startelecom" MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə "Startelecom" MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026