• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Los-Ancelesdə meşə yanğınlarına qarşı mübarizəyə 150 Milli Qvardiya üzvü cəlb olunub

DÜNYA

02 Iyul 2025 | 12:35

Los-Ancelesdə meşə yanğınlarına qarşı mübarizəyə 150 Milli Qvardiya üzvü cəlb olunub

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə yanğınlarının söndürülməsi üçün fövqəladə tədbirlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, bölgədə alovun geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədilə ABŞ Milli Qvardiyasının 150 üzvü əraziyə göndərilib.

Rəsmi mənbələrin verdiyi məlumata görə, yüksək temperatur və güclü külək səbəbilə yanğın nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Hazırda yanğınsöndürənlər, helikopterlər və digər fövqəladə xidmətlərlə birlikdə Milli Qvardiya qüvvələri də alovla mübarizəyə qoşulub.

Qeyd edək ki, bölgədə bəzi yaşayış məntəqələri üçün təxliyə əmrləri verilib. Yerli hakimiyyət orqanları sakinləri xəbərdarlıqlara əməl etməyə və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Iyul 2025