• Bakı 11° C

    9.52 m/s

  • USD - 1.7

    EUR - 1.8104

    RUB - 0.0223

Mağazalardan oğurluq edən qadın saxlanıldı - FOTO

HADİSƏ

03 Fevral 2023 | 14:45

Mağazalardan oğurluq edən qadın saxlanıldı - FOTO

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

20 Mart 2023