Azərbaycan Qarabağdakı terrorçu ermənilərə qarşı antiterror əməliyyatına başlayıb.
Bakıvaxtı.azı-ın məlumatına görə, Azərbaycanın Xankəndi şəhəri ətrafındakı antiterror əməliyyatı nəticəsində erməni terroçuları arasında ölən və yaralananlar var.
Ermənistan mətbuatı isə Qarabağdakı qondarma reimin “Daxili İşlər Nazirliyi”nə istinadla bildirir ki, Azərbaycanın əməliyyatı nəticəsində üç polis əməkdaşı öldürülüb. Bunlar polkovnik-leytenant Babayan Armen Mayoroviç, mayor Danielyan David Valerieviç, leytenant Qasparyan Ararat Telmanoviçdir.
Onu da diqqətə çatdırırıq ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Çünki Azərbaycanın suveren ərazisində separatçı silahlı dəstənin fəaliyyəti yolverilməzdir.
+++
13:42
Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, müyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.
Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir.








jpg-1680588382.webp)








