• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ötən gün şəhid olan hərbçimiz cüdoçu imiş - FOTO

HADİSƏ

03 Aprel 2023 | 18:56 | Müəllif: Subhan Mahmudov

Ötən gün şəhid olan hərbçimiz cüdoçu imiş - FOTO

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qəbələ” klubu məlumat yayıb. Məlumata görə, o, 2013-18-ci illərdə klubun şərəfini qoruyub. Novruz klubun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında beş ildən artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.


Ötən gün şəhid olan hərbçimiz cüdoçu imiş - FOTOÖtən gün şəhid olan hərbçimiz cüdoçu imiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026