• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məktəb binasından yıxılan şagirdin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

HADİSƏ

03 May 2023 | 12:47

Məktəb binasından yıxılan şagirdin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib.

Bakıvaxtı.az-ın məlumatına görə, qurumdan  bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

“Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”.

 

10:53

İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

10:41

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026