• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlandı

HADİSƏ

02 Iyun 2023 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlandı

İyunun 2-də saat 01:30 radələrində Quba rayonunda 1997-ci təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 1996-cı təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Baş Prokurorluqdan isə bildirilib ki, faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR