• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Turist qayalıq ərazidə yıxıldı - YENİLƏNİB

HADİSƏ

01 Iyul 2023 | 18:09

Turist qayalıq ərazidə yıxıldı - YENİLƏNİB

Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyyə olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxs Qax rayonu, Zəyəm kənd sakini 1993-cü il təvəllüdlü Zəfər Abdullazadədir.

O hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

 

16:43

Qax rayonunda qayalıq ərazidə turist yıxılıb, hazırda onun təxliyəsi həyata keçirilir

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "İlisu Dağ Hamamı" adlanan ərazidə baş verib.

Yaralı olduğu ehtimal olunan turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.

Hazırda xilasetmə işləri davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR