• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"KamAZ" aşdı, xəsarət alan var

HADİSƏ

01 Iyul 2023 | 16:17

"KamAZ" aşdı, xəsarət alan var

Qaxda "KamAZ" markalı yük maşını aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən 27-ci kilometrliyində baş verib.

Balakən rayon Mahamalar kənd sakini 70 yaşlı Canov Məhəmməd oğlu Canıyev idarə etdiyi “KamAZ” markalı, 08-BC-536 dövlət nömrə nişanlı yük maşını ilə Şəki rayonundan Qax rayonu istiqəmətində hərəkətdə olarkən iadrəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C. Canıyev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. C. Caniyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026