• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü sel Ağdamla Tərtəri də su altında qoydu - VİDEO

HADİSƏ

01 Iyul 2023 | 18:32 | Müəllif: Subhan Mahmudov

Güclü sel Ağdamla Tərtəri də su altında qoydu - VİDEO

İntensiv davam edən güclü yağıntılar Xaçınçaya da sel gətirib.

Bakıvaxtı.az xəbər verir ki, çayın səviyyəsinin sürətlə artması müşahidə olunur.

Gələn sel Ağdamın işğaldan azad edilmiş Qızıl Kəngərli kəndi ərazisində, o cümlədən çay yatağı boyunca ağacları su altında qoyub, bəzi infrastruktura ziyan vurub.

Sel axını işğaldan azad edilmiş əraziləri keçərək Ağdam və Tərtər rayonlarına doğru irəliləyir.

Mütəxəssislər sel sularının partlamamış döyüş sursatları və minalar gətirmə ehtimalının olmasını bildirir.

Hələlik ciddi fəsadlar qeydə alınmayıb./Bizim.media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR