• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

TƏBİB bir ailənin 4 üzvünü it dişləməsilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

HADİSƏ

01 Iyun 2023 | 17:22

TƏBİB bir ailənin 4 üzvünü it dişləməsilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.

Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

11:40

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib.

Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.


SON XƏBƏRLƏR

24 Aprel 2024