• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Terminalın qarşısında kişinin gözünü çıxaran şəxs həbs edildi - YENİLƏNİB

HADİSƏ

01 Iyun 2023 | 17:30

Terminalın qarşısında kişinin gözünü çıxaran şəxs həbs edildi - YENİLƏNİB

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

12:56

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib.

E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

09:44

Gəncədə ödəmə terminalının qarşısındakı növbəyə görə yaranan mübahisə dəhşətli cinayətə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Saat 22 radələrində naməlum şəxs növbəyə görə 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə mübahisə edib.

Həmin şəxs daha sonra E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz alması partlayıb və göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.


SON XƏBƏRLƏR