• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Lerikdə arxda 28 yaşlı kişinin meyiti tapıldı

HADİSƏ

04 Aprel 2023 | 13:00

Lerikdə arxda 28 yaşlı kişinin meyiti tapıldı

Lerikdə su arxından kişi meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Lerik rayonunun Almu kənd sakini 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynov ötən gün səhər saatlarında evdən çıxıb, onlara məxsus ot sahəsinə baxmağa gedib. Bundan sonra isə evə qayıtmayıb. Edilən telefon zənglərinə cavab vermədiyinə görə ailə üzvləri onun axtarışlarına başlayıb, polisə məlumat veriblər. Axtarışlar gecə saatlarına kimi davam edib. Bu gün səhər saat 8 radələrində onlara məxsus paybəlli torpağın yanında dərədə, kiçik su arxında meyiti aşkar olunub. Ümid Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Ümid Hüseynov ailəli olub, bir övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026