• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qəbələdə ağır qəza: Polis öldü - YENİLƏNİB

HADİSƏ

04 May 2023 | 09:20 | Müəllif: Subhan Mahmudov

Qəbələdə ağır qəza: Polis öldü - YENİLƏNİB

Ötən gün saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cabbarlı İlham Aləddin oğlu etibarnamə əsasında idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirməsi nəticəsində avtomobil yolun sol kənarında olan ağaca çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, aldıqları bədən xəsarətlərindən sürücü İ.Cabbarlı və sərnişin Mahmudlu Hafiz Bəxtiyar oğlu ölmüş, digər sərnişin Əzizli Elşad Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ RMX-na yerləşdirilib.

Faktla bağlı DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. /Unikal.az
 

3 may, 20:57

Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri,1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026