• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sərxoş kişi qonşusunu kürəyindən bıçaqladı

HADİSƏ

02 Iyun 2023 | 23:19 | Müəllif: Subhan Mahmudov

Sərxoş kişi qonşusunu kürəyindən bıçaqladı

Göyçay şəhərində sərxoş olan şəxslər arasında dava qanla bitib.

Bakıvaxtı.az-ın məlumatına görə, Göyçay şəhər sakini Rahim Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1985-ci il təvəllüdlü Pünhan Nəsrullayevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.

Artıq Rahim Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı onların hər ikisinin sərxoş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, Pünhan Nəsrullayevin xəsarətinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub, Rahim Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026