Şəkidə 56 yaşlı piyadanı maşın vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.
Rayon sakini İbrahim Abdulsəlimi idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyada 1967-ci il təvəllüdlü Xəzəngül Həsənxan qızı Mənsimovanı vurub.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır./pa








jpg-1683104088.webp)







