Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Abbaszadə Abbas Vidadi oğlunu vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.