“Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
Onun sözlərinə görə, özünü körpüdən atmaq istəyən şəxs 1969-cu il təvəllüdlüdür:
“Həmin şəxs sərxoş olub. Kafelərdən birində onun üzərində olan 19 manatın oğurlandığını iddia edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs körpüdən düşürülərək, izahatının alınması üçün polis bölməsinə aparılıb”.
11:14
Bakıda kişi intihara cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb. Belə ki, körpüyə çıxan şəxs özünü yerə atmaq istəyir.
Polis əməkdaşları isə onu bu əməlindən çəkindirməyə çalışırlar.
Bu barədə sosial şəbəkərdə paylaşım edilib.

















