Daxili İşlər Nazirliyi (DİN) Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə yaranması ilə bağlı əlaqələndirilən video barədə açıqlama verib.
DİN-dən Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, hadisə Bakı metropoliteninin stansiyalarında qeydə alınmayıb.
"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - məlumatda deyilir.
10:39
Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə dava ilə nəticələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, olay metronun "Azadlıq Prospekti" stansiyasında qeydə alınıb.
Qatar metroda hərəkət edərkən baş verən insident ətrafdakı şəxs tərəfindən lentə alınıb.




png-1683177679.webp)

jpg-1683177234.webp)





jpg-1683104088.webp)



