• Bakı 15° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Mahmud Mahmudov dünyasını dəyişdi

CƏMİYYƏT

08 Dekabr 2024 | 12:24

Mahmud Mahmudov dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 50 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçı-alim bu gün 88 yaşında vəfat edib. 

Mahmud Mahmudov 1936-cı ildə Salyanda dünyaya göz açıb. 

1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyib. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişib. O, “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edib.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025