• Bakı C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

CƏMİYYƏT

07 Yanvar 2025 | 10:32

Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən maye qazdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


SON XƏBƏRLƏR

07 Yanvar 2025