• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

SİYASƏT

08 Yanvar 2025 | 10:17

Səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.


SON XƏBƏRLƏR

08 Yanvar 2025