• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə etdi

DÜNYA

11 Dekabr 2024 | 14:35

Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə etdi

Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb.

Bakıvaxtı.az bu barədə Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Onlar Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər.

Makron ölkədəki vəziyyətin sabitləşməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.

Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

23 Aprel 2025