• Bakı C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Yaponiya Priqojinin anasına qarşı sanksiyaları ləğv edib

DÜNYA

10 Yanvar 2025 | 13:07

Yaponiya Priqojinin anasına qarşı sanksiyaları ləğv edib

Yaponiya hökuməti səkkiz nəfəri, o cümlədən “Vaqner” Özəl Hərbi Şirkətinin qurucusu Yevgeni Priqojinin anası Violettanı sanksiya siyahısından çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan başqa, polkovnik Georgi Şuvayev və general Oleq Tsokovun adları da siyahıdan çıxarılıb. Onlar müvafiq olaraq 2022 və 2023-cü illərdə döyüş əməliyyatları zamanı həlak olublar.

Violetta Priqojina sentyabrda Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Ona qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilmişdi. Violetta Priqojina Yevgeni Priqojinə bağlı olan "Konkord Menecment və Konsaltinq" MMC-nin sahibi kimi tanınırdı. 2023-cü ildə Aİ Məhkəməsi Violetta və Yevgeni Priqojinlər arasında işgüzar əlaqələrin olduğuna dair sübutlar aşkar etməyib.


SON XƏBƏRLƏR