• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Malayziya səfirliyinin təşkilatçılığı ilə tədbir - “Daha parlaq gələcək üçün əl-ələ”

DÜNYA

23 May 2022 | 17:35

Malayziya səfirliyinin təşkilatçılığı ilə tədbir - “Daha parlaq gələcək üçün əl-ələ”

Malayziyanın Bakı, Azərbaycan Respublikasındakı Səfirliyi və Malayziya Texniki Əməkdaşlıq Proqramının (MTƏP) məzun klubunun birgə təşəbbüsü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 May 2022-ci ildə Lənkəran rayonu Qızılağac Milli Parkında “Daha parlaq gələcək üçün əl-ələ” proqramı təşkil edilib.

Tədbirdə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları o cümlədən media nümayəndələri iştirak etmişdir.

Proqram zamanı, Malayziya ilə Azərbaycan Respublikası arasında münasibətlərə rəmzi töhfə vermək üçün Milli parkın ərazisində müvafiq olaraq 700-ə yaxın balıq körpələri suya buraxılıb.

Malayziya İctimai Diplomatiya və Maarifləndirmə Proqramının bir hissəsi kimi, proqram insanlar arasında daha çox əlaqəni təşviq etmək, o cümlədən Malayziya ilə Azərbaycan Respublikası arasında davamlı dostluq və yoldaşlığı qeyd etmək məqsədi daşıyır. Bu dostluq birliyi vasitəsilə insanlar arasında daha çox anlayışlılığa və mədəni dəyərlərin daha yaxşı qiymətləndirilməsinə nail olmaq olar.

1980-ci ildə yaradılmış MTƏP Malayziyanın inkişaf təcrübəsini və biliyini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın Cənub-cənub əməkdaşlığına sadiqliyini əks etdirir. Yarandığı gündən bəri 144 ölkədən 34000-dən çox iştirakçı təklif olunan müxtəlif proqramlardan faydalanmışdır.

Bu günə kimi Azərbaycandan 172 MTƏP Məzunu var. Malayziya MTƏP proqramlarında iştirak etmək üçün Azərbaycandan daha çox dövlət qulluqçusunu qəbul etmək istərdi. Ümid olunur ki, MTƏP Azərbaycanlı məzunları Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin böyüməsinə, inkişafına və tərəqqisinə müvəffəq olacaq və töhfə verəcəkdir.

Proqram həmçinin 22 may 2022-ci ildə ildönümü qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Günü (BBG) ilə əlaqədar olaraq “Bütün canlılar üçün ortaq gələcək qurmaq” mövzusu altında keçirilmişdir.

Biomüxtəliflik planetimizin canlı toxumasıdır və bir sıra Davamlı İnkişaf Məqsədlərinə cavab olaraq qalır. Milli Müxtəliflik İndeksinin (MMİ) açıqladığı məlumatlara görə, Malayziya Dünya Bioloji Müxtəliflik Reytinqində 12-ci yerdə qərarlaşıb.

1992-ci ildə Rio Sammitində Malayziya ümumi ərazisinin ən azı yarısının meşə örtüyü altında saxlamaq öhdəliyi götürmüşdür. 2016-cı ildən Malayziyanın Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) monitorinqi və hesabatı üçün idarəetmə strukturunun yaradılmasından sonra ölkədə 1859 hektar deqradasiyaya uğramış ərazi yenidən bərpa edilmişdir. Bu gün ölkə ərazisinin 55,3 faizi və ya 18,27 milyon hektarı təbii meşə örtüyü altında qalır.

Təşkil olunan tədbir təbiətin və ekoloji tarazlığın qorunmasına dair anlayışlılığı və məlumatlılığı artırmaq məqsədi ilə Beynəlxalq Bioloji Müxtəliflik Gününün (BBG) qeyd olunmasında təşəbbüs kimi çıxış edir. 
 


SON XƏBƏRLƏR

26 Aprel 2024