• Bakı 16° C

    2.04 m/s

Rusiyanın 11 hava limanına uçuşlara qadağanın müddəti uzadıldı

DÜNYA

22 Iyun 2022 | 11:12

Rusiyanın 11 hava limanına uçuşlara qadağanın müddəti uzadıldı

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlik məlumat verib.

Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb.

“Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR