ABŞ Konqresinin Nümayəndələr Palatasında 2021-ci ildə baş vermiş hadisələrdə eks-prezident Donald Trampın rolunun bə olduğunu araşdırmaq üçün yaradılan komitədə növbəti dinləmələr keçirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, dinləməlrdə hadisə şahidləri dinlənilib. Dinləməlr zamanı məlum olub ki, Tramp hadisələri Ağ Evdə televiziya vasitəsilə izləyib. Bildirilib ki, uşaqlarının və köməkçilərinin ona hətta yalvarmalarına baxmayaraq, o, Konqresə basqını dayandırmaq üçün heç bir tədbir görməyib.
Dinləmədə Trampın basqın zamanı heç bir milli təhlükəsizlik işçisi və ya səlahiyyətli orqana zəng etmədiyi də bildirilib.
Aytac Aslan
















