• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çin Rusiyadan rekord həcmdə kömür alır

DÜNYA

20 Avqust 2022 | 23:38 | Müəllif: Subhan Mahmudov

Çin Rusiyadan rekord həcmdə kömür alır

Çinin Rusiyadan ucuz kömür idxalı iyul ayında bir il əvvəllə müqayisədə 14% artaraq ən azı beş ilin ən yüksək səviyyəsinə çatıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Çin Baş Gömrük İdarəsinin məlumatına görə, ötən ay Çin Rusiyadan 7,42 milyon ton kömür idxal edib. Bu, 2017-ci ildən sonra ən yüksək aylıq göstəricidir.

Bəzi çinli treyderlər dördüncü rübdə Çinə daha çox rus kömürünün daxil olacağını gözləyirlər, çünki Çinin şimalındakı kommunal xidmətlər qış isitmə mövsümü üçün ehtiyat yığır.

Xatırladaq ki, sanksiyalara əsasən Hindistan şirkətləri Rusiya kömürünün ödənişini Çin yuanı ilə həyata keçirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026