• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

II Elizabet dəfn edildi – YENİLƏNİB 

DÜNYA

19 Sentyabr 2022 | 20:33 | Müəllif: Qalib İbrahimoğlu

II Elizabet dəfn edildi – YENİLƏNİB

Böyük Britaniya kraliçası II Elizabetin cəsədi olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Georgi kapellasındakı kral məzarına endirilib.

Dəfn mərasiminə rəhbərblik edən yepiskop Devid Konner dua edərək monarxın bütün titullarını oxuyub.

Vindzordakı mərasimdə kral ailəsi üzvləri, kral məhkəməsinin keçmiş və indiki işçiləri, Böyük Britaniyanın Baş naziri Liz Trass, Böyük Britaniyanın baş qubernatorları, habelə Birləşmiş Krallığa daxil olan dövlətlərin hökumət başçıları iştirak ediblər.

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbir Böyük Britaniya himninin oxunması ilə başa çatıb.

Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

Axşam saatlarında Müqəddəs Georgi kapellasında yalnız hakim ailə nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında özəl mərasim keçiriləcək.

 

***14:01

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.

ABŞ prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zellandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo olmaq üzrə bir çox ölkənin dünya lideri dəfn mərasiminə qatılıb.

“Westminster Abbey”də keçirilən mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a ilə daşınacaq. Daha sonra isə cənazə Vindzor şəhərinə aparılacaq, Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında, Vindzorda torpağa tapşırılacaq.

Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb/apa.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR