• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynadan Putinin hərbi vəziyyətlə bağlı qərarına MÜNASİBƏT

DÜNYA

19 Oktyabr 2022 | 17:54

Ukraynadan Putinin hərbi vəziyyətlə bağlı qərarına MÜNASİBƏT

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən sərəncam müvəqqəti ilhaq edilmiş ərazilərdə hərbi senzura, qanunsuzluq, hakimiyyət tərəfindən gücə üstünlük verilməsini təsdiqləyir.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026