• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

10 milyondan çox ukraynalı işıqsız qalıb - Zelenski

DÜNYA

18 Noyabr 2022 | 15:38

10 milyondan çox ukraynalı işıqsız qalıb - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında xalqa gündəlik müraciətində Rusiyanın hücumlarından sonra davam edən elektrik enerjisi çatışmazlığı ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Zelenski deyib ki, hazırda əsasən Vinnitsa, Odessa və Kiyev bölgəsində 10 milyondan çox ukraynalı işıqsız qalıb: "Biz elektrik enerjisinin verilməsini normallaşdırmaq üçün hər şeyi edirik”

Rusiyanın yeni raket hücumlarına da yer verən Zelenski Dneprdəki hücum nəticəsində onlarla insanın yaralandığını, hücumdan zərər çəkənlərə lazımi yardımın edildiyini, bir yaşayış binasının dağıntılarının təmizlənməsi işini qeyd edib.

Prezident bildirib ki, dünən Ukrayna müdafiə qüvvələri Rusiyanın 6 qanadlı raketini və 5 "Şahid" dronu vura bilib.

Ukraynaya yeni müdafiə yardımı paketinə görə Finlandiya və İsveçə təşəkkür edən V.Zelenskinun sözlərinə görə, bu, çox vacibdir: "Dövlətlərin hər bir belə qərarı onları bizim qələbəmizin və gələcək sülhün həmrəyləri edir”.

Zelenski Amsterdam-Kuala Lumpur reysini həyata keçirən Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulması ilə bağlı işdə Hollandiyanın Haaqa məhkəməsinin 3 nəfərə ömürlük həbs cəzası verməsi ilə bağlı da açıqlama verib:

“Bu gün Hollandiyada çox mühüm qərar qəbul edilib. 2014-cü ildə Donbas səmasında Malayziya Boinqini qəzaya uğradan qatillərə ilk hökmlər verilib. Üç nəfərə ömürlük həbs cəzası verilib və gün gələcək ki, bu cəzanı çəkməyə başlayacaqlar. Amma bu qərar təkcə üç qatillə bağlı deyil. Rusiya bu fəlakətlə bağlı çoxlu yalanlar söylədi, amma yenə də əsas həqiqətlər üzə çıxdı. İndi cinayətkarlar cinayət məsuliyyətinə cəlb edilib və daha yüksək səviyyəli şübhəlilərin də mühakimə olunması üçün zəmin yaradılıb”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026