• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

DÜNYA

18 Noyabr 2022 | 14:22 | Müəllif: Subhan Mahmudov

Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

Ukraynalı iş adamı və Dnepropetrovsk vilayətinin ərazi müdafiəsinin rəhbəri Gennadi Korban Ukrayna vətəndaşlığını əlindən alan prezident Volodimir Zelenskini məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, iddia artıq  Ali Məhkəməyə təqdim edilib və noyabrın 15-də sədrlik edən Viktora Makedonska prosesi açıb. Korban məhkəmədən Ukrayna vətəndaşlığına xitam verilməsi ilə bağlı Ukrayna prezidentinin 18 iyul 2022-ci il tarixli 502 saylı fərmanını qanunsuz və etibarsız hesab etməsini tələb edir. 

Xatırladaq ki, sözügedən fərmanla Zelenski oliqarx İqor Kolomoyski, keçmiş Nardeputat İqor Vasilkovski və Vadim Rabinoviç də daxil olmaqla 10 nəfəri Ukrayna vətəndaşlığından məhrum edib.

İddiaçının sözlərinə görə, Zelenskinin fərmanı Ukrayna vətəndaşının vətəndaşlıqdan məhrum edilməsini qadağan edən Konstitusiyanın 25-ci maddəsinin müddəalarına ziddir.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026