Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid kimi dindirilib.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə komitədən məlumat yayıb.
Məlumata görə, mayın 4-dən Ermənistanın bir qrup yüksək vəzifəli məmuru tərəfindən 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.
















