• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Terrorçunu evində saxlayan şəxs tutuldu

DÜNYA

18 Noyabr 2022 | 13:04 | Müəllif: Qalib İbrahimoğlu

Terrorçunu evində saxlayan şəxs tutuldu

Xəbər verdiyimiz kimi, İstanbulda terror aktı həyata keçirən suriyalı Əhlam Əlbəşir və terrorçuya maddi-texniki dəstək verən Suriya PKK/YPG şəbəkəsi ilə əlaqəsi olan 17 nəfər həbs edilib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilatın bombanı partlatmaq planı təhlükəsizlik və kəşfiyyat birlikləri tərəfindən deşifrə edilərkən, hadisə ilə əlaqəli bir çox ad üzə çıxıb. Belə ki, həbs edilən şübhəlilər arasında aksiyada bilavasitə iştirak edən Bilal Həsən və Əhlam Əlbəşiri evində saxlayan Ferhat Həbeş də var.

Terror törətmək üçün Türkiyəyə göndərilən Bilal Həsən, Əhlam Əlbəşir və Ferhat Həbeşi PYD/YPG-nin yüksək rütbəli zabiti Həsən Şərif idarə edib.

Bu arada F,Habezin qardaşının da separatçı düşərgələrdə fəaliyyət göstərdiyi zaman Türkiyə Ordusunun keçirdiyi əməliyyat zamanı zərərsizləşdirildiyi müəyyən edilib.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş verən terror hadisəsində ikisi uşaq olmaqla 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026