• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rus-türk-azəri – ermənilərin düşməni... - VİDEO

DÜNYA

17 Dekabr 2022 | 23:42 | Müəllif: Subhan Mahmudov

Rus-türk-azəri – ermənilərin düşməni... - VİDEO

Ermənistanın paytaxtı İrəvanda “Hayastani” partiyasının təşkilatçılığı ilə aksiya keçirilib.

Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, keçirilən aksiyada belə bir şüar səsləndirilib: “Rus-türk-azəri – ermənilərin düşməni”.

Ermənilərin aksiyada səsləndirdikləri bu şüaurda diqqət çəkən əsas məqam onların rusları da düşmənləri bilmələri və bu üç ölkəni – Azərbaycan, Türkiyə və Rusiyanı Ermənistana qarşı düşmən mövqedə dayanmaqda suçlamalarıdır. Ermənistan cəmiyyəti Türkiyə və Azərbaycanla yanaşı, Rusiyanı da özlərinin düşmənləri sırasında görürlər.

Xatırladaq ki, ermənilər bu şüarı azərbaycanlı aktivistlərdən oğurlayıblar. Bir vaxtlar ölkəmizdə keçirilən kütləvi aksiyalarda “Rus, fars, erməni, bunlar türkün düşməni” şüarları səsləndirilirdi. Ermənilər elə bir sahə yoxdur ki, bizdən nəsə çırpışdırmasınlar. Bir şüar qalmışdı, bunu da oğurladılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026