Noyabrın 23-ü İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası keçiriləcək.
Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin Mətbuat xidməti yayıb.
Sessiya Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə baş tutacaq.
“Ermənistana yardım edilməsi ilə bağlı birgə tədbirlərin müzakirəsi iclas zamanı vacib məsələlərdən biri olacaq”, - deyə məlumatda qeyd olunub.















