• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Nikos Dendias Ukraynaya getdi

DÜNYA

19 Oktyabr 2022 | 16:48

Nikos Dendias Ukraynaya getdi

Yunanıstanın xarici işlər naziri Nikos Dendias oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə gedib.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Yunanıstanın XİN başçısı Kiyevdə bir sıra rəsmi şəxslərlə görüşüb.

Nazirin sözlərinə görə, görüşlər zamanı xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, o cümlədən parlament diplomatiyası, Avropaya inteqrasiya, Yunanıstan-Ukrayna münasibətləri və Ukraynadakı yunan diasporu ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yunanıstanlı həmkarı ilə keçirdiyi brifinqdə bu ölkədən piyada döyüş maşınlarının tədarükünün başlandığını deyib.

Kuleba bu texniki vasitələrin Ukrayna üçün çox vacib olduğunu söyləyib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026