• Bakı 24° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Danışarkən ötürülə bilən təhlükəli VİRUS YAYILIR

DÜNYA

19 Sentyabr 2022 | 21:45 | Müəllif: Subhan Mahmudov

Danışarkən ötürülə bilən təhlükəli VİRUS YAYILIR

Volqoqradın sanitar həkimləri əhalini təhlükəli virusla bağlı xəbərdar ediblər.

Bakıvaxtı.az medicina.az-a istinadən bildirir ki, əyalətin Rospotrebnadzoru enterovirusların yayıldığını bildirib.

Bu virus qrip və soyuqdəymə əlamətləri altında maskalanaraq, orqanizmə daxil olur, xəstələri çaşdırır, sonradan ağır meningit və ensolefalitə səbəb olur.

İnfeksiyanın oyadıcısı Koksaki A, Koksaki B, ECHO-dur. Bu viruslar soyuq havaya, donmaya davamlıdır.

Otaq temperaturunda enteroviruslar 15 sutka yaşayır.

Yeganə yoluxma mənbəyi insanlardır. Xəstəlikin inkubasiya dövrü sakit keçir.

Adətən sulardan, hovuzdan, süd, çirkli meyvə-tərəvəz, yuyulmamış əllərdən keçir. Eləcə də xəstə insan danışanda ağzından çıxan damcılarla qarşısındakına keçir.

Yoluxandan 5 gun sonra yüksək jərarət, baş, əzələ ağrısı, ürəkbulanma, qusma, limfa düyünlərinin böyüməsi, ishal baş verir.
Qızdırmalı xəstəlik 7 gün davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026