• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb

DÜNYA

19 Oktyabr 2022 | 20:41 | Müəllif: Subhan Mahmudov

Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb

“Yunanıstan Ukraynaya piyadaların döyüş maşınları verməyə başlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yunanıstanlı həmkarı Nikos Dendias ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Gizlətməyəcəyəm, torpaqlarımızı müdafiə edə bilməyimiz üçün Yunanıstanın Ukraynaya verdiyi silahları xüsusilə yüksək qiymətləndiririk. Yunanıstandan Ukraynaya çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanması çox vacibdir. Onlar tezliklə ordumuzun arsenalına qəbul ediləcək, ölkəmizin döyüş və müdafiə qabiliyyətini dərhal gücləndirəcək”, - o bildirib.

XİN başçısı əlavə edib ki, Yunanıstan Ukraynanın hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətinə də baxır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026