• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İqor Dodonun həbs müddəti uzadıldı

DÜNYA

19 Sentyabr 2022 | 23:20 | Müəllif: Subhan Mahmudov

İqor Dodonun həbs müddəti uzadıldı

Moldovanın sabiq prezidenti İqor Dodonun ev məhbusluğunun müddəti 20 sutka artırılıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sabiq prezidentin ev dustaqlığının müddəti 11 oktyabra qədər uzadılıb.

"Bundan əvvəl prokurorlar həbs qətimkan tədbirinin daha 30 gün uzadılması ilə bağlı Kişinyov Rayon Məhkəməsinə vəsatət təqdim ediblər. İttiham tərəfi hesab edir ki, Dodon azadlıqda şahidlərlə əlaqə saxlamaq və sübutları məhv etməklə istintaqa zərər verə bilər", - deyə prokuror deyib.

Dodon prokurorların tələbini əsassız adlandırıb. Vəkilləri eks-prezidentin azadlığa buraxılmasını tələb edib və üç gün ərzində bu qərardan apellyasiya şikayəti vermək niyyətindədirlər.

Qeyd edək ki, sabiq prezident may ayının sonu saxlanılıb və 108 gündür ki, həbsdədir. O, dövlətə xəyanət, qanunsuz varlanma, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmədə ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026