• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Masallıda narkotik satanlar saxlanıldılar - FOTO

HADİSƏ

08 May 2024 | 08:57

Masallıda narkotik satanlar saxlanıldılar - FOTO

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb.

    Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

    Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Olardan heroin və metamfetamin aşkarlanıb.

    Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR

    19 May 2024