• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

MDM kapital bazarında Vahid Hesablaşma Modelini tətbiq etməyə hazırlaşır

İQTİSADİYYAT

26 Noyabr 2025 | 14:03

MDM kapital bazarında Vahid Hesablaşma Modelini tətbiq etməyə hazırlaşır

Milli Depozit Mərkəzi (MDM) kapital bazarında Vahid Hesablaşma Modelini tətbiq etməyə hazırlaşır

Bakıvaxtı.az xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin üzvü Ramin Nurəhmədov Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, hazırda BFB-də aparılan bütün ticarət əməliyyatları üzrə klirinq prosedurları MDM tərəfindən icra olunur, qiymətli kağızların hesablaşmaları MDM-də, investisiya şirkətləri üzrə pul hesablaşmaları isə Hesablaşma Agentləri və Mərkəzi Bank tərəfindən həyata keçirilir.

    Ramin Nurəhmədov qeyd edib ki, qəbul edilmiş inkişaf strategiyasına uyğun olaraq gələcəkdə kapital bazarında qiymətli kağız əməliyyatları üzrə maliyyə xidmətlərinin tam şəkildə MDM tərəfindən göstərilməsi və vahid hesablaşma agenti funksiyasının həyata keçirilməsi planlaşdırılır. O bildirib ki, bununla bütün hesablaşmaların mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur: "MDM bu istiqamətdə beynəlxalq təcrübəni təhlil edib və Türkiyə, Qazaxıstan və Rusiyada tətbiq olunan mərkəzləşdirilmiş klirinq institutlarının modeli öyrənilib, həmin ölkələrdə vahid klirinq qurumları həm qiymətli kağız, həm də pul hesablaşmalarını icra edir və ticarət limitlərini müəyyənləşdirir".

    Onun sözlərinə görə, Mərkəzi Bankın dəstəyi ilə Vahid Hesablaşma Modeli bazar iştirakçıları ilə bir neçə dəfə müzakirə olunub və onların rəy və təklifləri nəzərə alınıb. R.Nurəhmədov vurğulayıb ki, modelin tətbiqi ticarət öncəsi öhdəliklərin MDM tərəfindən mərkəzləşdirilmiş qaydada təyin edilməsinə imkan verəcək, bu isə əməliyyatların icrasında etibarlılığı və hesablaşma prosesinin səmərəliliyini artıracaq.

    Planlaşdırılan maliyyə modulunun depozitar sisteminə inteqrasiya ediləcəyi və MDM üzvlərinin bu sistemə tam API vasitəsilə qoşula biləcəyi gözlənilir. Ramin Nurəhmədov əlavə edib ki, model quruluşunun tətbiqi yalnız zəruri testlərin və inteqrasiya proseslərinin tamamlanmasından sonra mümkün olacaq.


    SON XƏBƏRLƏR