• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Meari” tropik qasırğası Yaponiya sahillərinə çatıb

DÜNYA

14 Avqust 2022 | 14:22

“Meari” tropik qasırğası Yaponiya sahillərinə çatıb

Tokionun cənubuna yaxınlaşan "Meari" tropik qasırğası şimal-şərq istiqamətində hərəkət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib.

Təbii fəlakət səbəbindən zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Yerli sakinlərə torpaq sürüşmələri, daşqınlar, şimşək çaxması və güclü külək barədə xəbərdarlıq edilib.


SON XƏBƏRLƏR

19 Aprel 2024