• Bakı 18° C

    7.15 m/s

Ukrayna XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət

DÜNYA

13 Sentyabr 2022 | 11:52

Ukrayna XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibət bildirib.

Bakıvaxtı.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Oleq Nikolenko danışıb.

O, tərəfləri gərginliyin diplomatik və siyasi yolla həllinə çağırıb:

“Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - XİN sözçüsü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR