• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Sərhədə silahlar və hərbçilər yığılır" - Belarus rəsmisi ÇAĞIRIŞ ETDİ

DÜNYA

13 Oktyabr 2022 | 11:28

“Sərhədə silahlar və hərbçilər yığılır" - Belarus rəsmisi ÇAĞIRIŞ ETDİ

Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Belarus XİN rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, Qərb ölkələrinin nümayəndələri Belarus-Ukrayna sərhədinə göndərilsə, bu, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb olunması demək olacaq.

Belarus rəsmisi ölkəsinin Qərb sərhədindəki vəziyyət barədə də danışıb:

“Sərhədə hərbi texnika və silahlar köçürülür, hərbi qulluqçular yığılır. Biz buna göz yummamalıyıq. Təbii ki, adekvat cavab tədbirləri, o cümlədən hərbi tədbirlər hazırlanacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR