• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Çin əcnəbilər üçün giriş qaydalarını yumşaldır

DÜNYA

11 Noyabr 2022 | 23:24 | Müəllif: Subhan Mahmudov

Çin əcnəbilər üçün giriş qaydalarını yumşaldır

Çin hökuməti noyabrın 11-dən əcnəbilər üçün giriş qaydalarını yumşaldıb.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Yenilənmiş protokollara əsasən, Asiya ölkəsinə yollanan səyahətçilər üçün məcburi karantin müddəti 10 gündən səkkiz günə endirilib. 

“Xaricdən ölkəyə daxil olan şəxslər üçün “yeddi gün mərkəzləşdirilmiş karantin + üç günlük evdə müşahidə” düsturu “beş günlük mərkəzləşdirilmiş karantin + üç günlük evdə müşahidə” formasına uyğunlaşdırılacaq”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, sərnişinlər indi 48 saat əvvəl iki yox, bir PZR testindən keçməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026