• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Yolkaya prezidentlərin şəkillərini asdılar

DÜNYA

11 Dekabr 2022 | 20:23 | Müəllif: Subhan Mahmudov

Yolkaya prezidentlərin şəkillərini asdılar

Rusiyanın Tver vilayətinin mərkəzi yolkasında Amerika Prezidenti Co Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, rusiyalı müğənni Alla Puqaçova, yumorist Maksim Qalkin və latviyalı müğənni Laima Vaykulenin fotoları asılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Onların fotoları üzərində “Rusiya ən yaxşısıdır”, “Rusiya dünyanı idarə edir” və “Yeni iliniz mübarək!” yazıları olan kağız fiqurlara yapışdırılıb.

Zarafat edənlərin kimliyi hələ müəyyən edilməyib. Yerli sakinlərdən heç biri tamaşa barədə polisə məlumat verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026