• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kreml Nikol Paşinyana cavab verdi

DÜNYA

10 Yanvar 2023 | 14:24

Kreml Nikol Paşinyana cavab verdi

“Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.

Məlumata görə, KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026