• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyəli 4 güləşçi zəlzələdə öldü

DÜNYA

09 Fevral 2023 | 10:42

Türkiyəli 4 güləşçi zəlzələdə öldü

Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.

Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026