• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Çinin yeni baş naziri MƏLUM OLDU

DÜNYA

11 Mart 2023 | 10:15

Çinin yeni baş naziri MƏLUM OLDU

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, martın 11-də keçirilən plenar iclasda qanunvericilər ÇXR Sədri Si Szinpinin təklifi əsasında Li Çianın Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər. Li Çian Baş nazir kimi and içib.

Qeyd edək ki, martın 5-də işə başlayan 14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında bütün Çin üzrə 3 minə yaxın nümayəndə iştirak edir.  
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR